Putin Krım körpüsündə maşın sürdü - VİDEO

  • 21:44 - 05 Dekabr

Rusiya prezidenti Vladimir Putin Krım körpüsünü şəxsən yoxlayıb. 

Avropa.info xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya mətbuatı məlumat yayıb. 

Rusiya dövlətinin başçısı “Mercedes-Benz” markalı avtomobili körpüdən keçirib. Səfər zamanı o, baş nazirin müavini Marat Xusnullinin bərpa işlərinin gedişi ilə bağlı hesabatını dinləyib. 

Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə yük maşını partlayıb, nəticədə iki vaqonun aralığı qismən dağılıb, həmçinin dəmir yolu qatarının yeddi yanacaq çəni alışıb. 

Daha sonra Putin partlayışda Ukrayna kəşfiyyat xidmətlərini günahlandırıb, Ukrayna rəsmiləri isə onların iştirakını inkar edib. 

2018-ci il mayın 15-də Krım körpüsünün açılışı zamanı Vladimir Putin də konstruksiyadan keçib, lakin avtomobildə deyil, yük maşınında.


Oxunma sayı: 2905

Oxşar yazılar