Kreml: Rusiya Aİ-nin neft qiymətlərinin yuxarı həddini tətbiq etməsinə cavab hazırlayır

  • 15:31 - 05 Dekabr

Avropa İttifaqının Rusiya neftinin tədarükünə tətbiq etdiyi embarqoya və Qərbin qiymət həddi tətbiq etməsinə cavab hazırlanır. Moskva “heç bir qiymət həddini tanımayacaq. 

Avropa.info xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, bu barədə bazar ertəsi, dekabrın 5-də keçirilən brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

ABŞ-ın bu cür qərarlar verildikdən sonra “heç nə dəyişməyəcək” açıqlamalarına münasibət bildirən Peskov: “Dəyişəcək. Bir şey aydın və mübahisəsizdir: bu qərarların qəbulu dünya enerji bazarlarında sabitliyin pozulmasına yönəlmiş addımdır”. 

Rusiya iqtisadiyyatı sanksiyalara uyğunlaşır 

Almaniya kansleri Olaf Şoltsun bu cür məhdudiyyətlərlə bağlı açıqlamalarına münasibət bildirən Peskov qeyd edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar onları tətbiq edən Avropa ölkələrinə də ziyan vurur və bunu inkar etmək qeyri-peşəkarlıqdır. 

Sanksiyaların Rusiyaya təsirindən danışan Kreml sözçüsü deyib: “Müəyyən problemlər, təbii ki, sanksiyalara görə yaranır, lakin indiyədək onlar kritik deyil, burada cənab Şoltsla mübahisə etmək olar”. 

"Mütəxəssislər Rusiya iqtisadiyyatının bu şərtlərə uyğunlaşdırılması prosesini mükəmməl görürlər və bunu inkar etmək qeyri-peşəkardır", - Peskov əlavə edib. 

“Sanksiyaların Avropa ölkələrinə vurduğu zərər barədə susmaq da yəqin ki, qeyri-peşəkarlıq olardı, mən avropalıların bizə qarşı tətbiq etdiyi sanksiyaları nəzərdə tuturam. Bu zərər göz qabağındadır və bu sanksiyaların Almaniya iqtisadiyyatı üçün zərəri də göz qabağındadır, buradakı bütün mütəxəssislər, Brüsseldəki mütəxəssislər və Berlindəki mütəxəssislər bunu yaxşı bilirlər", - deyə o bildirib. 

Kreml Aİ-nin Ukraynada diplomatik həll istiqamətində siyasətində dəyişiklik görmür 

Peskov daha sonra deyib ki, Kreml Avropa siyasətində Ukraynanın diplomatik həlli istiqamətində heç bir dəyişiklik görmür. 

"Xeyr, biz belə düşünmürük", - Kreml sözçüsü Moskvanın Ukrayna münaqişəsinin diplomatik yolla nizamlanması istiqamətində Avropanın mövqeyində dəyişiklik olduğuna inanırmı sualına cavab verib. 

Rusiya iqtisadiyyatının "xüsusi hərbi əməliyyatın" bütün ehtiyaclarını ödəmək potensialı var, Rusiya neftinə qiymət tavanının tətbiqi buna təsir etməyəcək, Rusiya prezidentinin mətbuat katibi bildirib. 

“Və bu cür tədbirlər ona təsir etməyəcək. Lakin bu tədbirlər qlobal enerji bazarının sabitliyinə onun tam destabilləşdirilməsi baxımından mütləq təsir göstərəcək”, – Peskov Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılmasını şərh edərkən bildirib.


Oxunma sayı: 2234

Oxşar yazılar