Almaniya kansleri: "Putin Rusiyanı fəlakətli sürüşkən yola itələyir"

  • 15:18 - 05 Dekabr

Rusiya prezidenti Vladimir Putin öz ölkəsini “fəlakətli sürüşkən yola” itələyir. 

Avropa.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Memorial” İnsan Hüquqları Mərkəzinin təsisçilərindən biri İrina Şerbakovaya Marion Dönhoff alman həvəsləndirici mükafatını təqdim edərkən deyib. 

"Putin Ukraynaya qarşı ən iyrənc cinayətləri əmr edir və eyni zamanda öz ölkəsini fəlakətli sürüşkən yoldan aşağı itələyir", - hökumət başçısı bildirib. 

Şolts əmindir ki, Putin Ukrayna ilə münaqişədə “ümidsizcə yolunu azıb”. “Mülki əhaliyə, uşaqlara, qadınlara raket atmaqla o, nəinki beynəlxalq hüququ ciddi şəkildə pozur, eyni zamanda, ağlasığmaz mənəvi uçuruma yol açır”, - Şolts deyib. 

Almaniya kansleri Ukraynanın bu münaqişədə uduzan tərəf olmamalı olduğunu vurğulayıb, həmçinin Berlinin Rusiya ordusunu geri çəkməyənə qədər Kiyevə yardım göstərməyə hazır olduğunu bildirib. 

Eyni zamanda, Şolts əmindir ki, Rusiya dövlətinin başçısı ilə dialoqdan tamamilə imtina etmək böyük səhv olardı və onun bərpasının zəruriliyini vurğulayıb.


Oxunma sayı: 1431

Oxşar yazılar