Lavrovdan sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - FOTO

  • 14:50 - 05 Dekabr

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hər cür yardım etməkdə maraqlıdır. 

Avropa.info TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqları açarkən deyib. 

“Mühüm mövzu Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında, noyabrında əldə edilmiş üçtərəfli razılaşmaların icrası və oktyabrın sonunda Soçidə növbəti sammit olub”, - deyə nazir qeyd edib. 

“Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıyıq”, - Lavrov vurğulayıb. 

Rusiya XİN rəhbərinin qeyd edib ki, tərəflər regionda və çoxtərəfli strukturlarda əməkdaşlıq məsələsini də nəzərdən keçirəcəklər. “Regionda qarşılıqlı fəaliyyət, Xəzər məsələsi, Birləşmiş Millətlər Təşkilatındakı təmaslar, çox çətin günlər yaşayan ATƏT, Müstəqil Dövlətlər Birliyi və ümumi məkanımızda gedən digər proseslər daim gündəmimizdədir", - deyə Lavrov əlavə edib.


Oxunma sayı: 2938

Oxşar yazılar