İranda məktəblər bağlandı, təyyarə reysləri təxirə salındı - SƏBƏB

  • 14:07 - 05 Dekabr

İranın bəzi şəhərlərində qar, soyuq hava, şaxta və duman səbəbindən məktəblərdə təhsil dayandırılıb, bəzi reyslər təxirə salınıb. 

Avropa.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehran Əyalətinin Təhsil Baş İdarəsi soyuq hava və şaxta səbəbindən Rudehen və Demavend əyalətlərində bütün təhsil pillələrində məktəblərin fəaliyyətinin dayandırıldığını açıqlayıb. 

Bildirilib ki, Firuzköh vilayətindəki məktəblərin təhsil statusu saat 06:00-a qədər hava şəraitinə uyğun olaraq qərarlaşdırılacaq. 

Paytaxt Tehrandakı Mehrabad hava limanının bəzi reysləri gedəcəkləri ünvanda qar və dumanlı hava səbəbindən təxirə salınıb. 

Məşhəd və Rəzəvi Xorasan əyalətinin bəzi şəhərlərində ibtidai məktəblərin, Ərdəbil vilayətinin bəzi bölgələrində məktəbəqədər və ibtidai məktəblərin bağlandığı açıqlanıb. 

Rezevi Xorasan Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada Məşhəddə qar fırtınası səbəbindən təxminən 1000 avtomobilin yolda qaldığı, xilasetmə qruplarının 3 kilometrlik yolu açaraq vətəndaşlara kömək etdiyi bildirilib. 

Digər tərəfdən, səlahiyyətlilər ölkənin şimal bölgələrinə səfər edəcək sürücülərə buzlanma səbəbindən sürəti artırmamaq və zərurət olmadıqca yola çıxmamaq barədə xəbərdarlıq edib.


Oxunma sayı: 1926

Oxşar yazılar