
ATƏT PA-nın 2023-cü il payız sessiyası Özbəkistanda keçiriləcək
- 12:41 - 05 Dekabr
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 2023-cü il payız sessiyası Özbəkistanda keçiriləcək.
Avropa.info xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, XİN rəhbəri Vladimir Norov Lodzda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Söderfelt ilə görüşüb.
Tərəflər Özbəkistan və ATƏT PA arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
ATƏT PA-nın gələn il Özbəkistanda keçiriləcək payız sessiyası ilə bağlı təşkilati məsələlər də ətraflı müzakirə olunub.
Norov Sederfeltə ölkədə həyata keçirilən kompleks dəyişikliklər və islahatlar, həmçinin Özbəkistanın yeni inkişaf strategiyasının əsas məqsədlərindən olan parlament və siyasi partiyaların rolunun artırılması istiqamətində görülən işlər barədə məlumat verib.