Ermənistan 10 nəfərin nəşinin qalıqlarını Azərbaycana TƏHVİL VERDİ

  • 10:49 - 05 Dekabr

Ermənistan birinci Qarabağ müharibəsi zamanı (1991-1994) həlak olan 10 nəfərin nəşinin qalıqlarını və daha dörd nəfərin basdırıldığı mümkün yerləri göstərən iki xəritəni Azərbaycana təhvil verib. 

Avropa.info TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzi məlumat yayıb. 

"Bu il dekabrın 1-də Ermənistan tərəfi birinci Qarabağ müharibəsində ölən 10 nəfərin qalıqlarını və dörd cəsədin mümkün yerlərini göstərən iki xəritəni Azərbaycan tərəfinə təhvil verib. 9 noyabr 2020-ci ildən bu günə kimi Ermənistan tərəfi birinci Qarabağ müharibəsi zamanı 140 şəhidin qalıqlarını və 5 xəritəni Azərbaycan tərəfinə təhvil verib”, - məlumatda deyilir.


Oxunma sayı: 2751

Oxşar yazılar