Rusiya Müdafiə Nazirliyi Azərbaycanla bağlı bu səhvini düzəltdi - FOTO

  • 11:29 - 05 Dekabr

Rusiya Müdafiə Nazirliyinin ölkəmizə müvəqqəti yerləşdirilən rus sülhməramlılarının gündəlik fəaliyyətinə dair dünən paylaşdığı xəritədə "Dağlıq Qarabağ" ifadəsindən başqa digər yerlər Azərbaycan dilində qeyd olunub.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya MN-nin rəsmi internet səhifəsində xəritə yerləşdirilib.

Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkov 3 dekabr tarixində jurnalistlərin sualına cavabı zamanı toponimlərimizə hörmətlə yanaşdıqlarını, onları Azərbaycan tərəfinin göndərdiyi adlarla qeyd etdiklərini, lakin Rusiya MN-nin internet səhifəsində bu qaydaya düzgün əməl olunmadığını bildirmişdi.


Oxunma sayı: 2707

Oxşar yazılar