Abşeronda piyadanı vuran sürücü hadisə yerindən yayınıb - FOTO

  • 12:34 - 03 Dekabr

Xırdalan şəhərində yol qəzası qeydə alınıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, yolu keçən gənc oğlanı naməlum markalı avtomobil vurub.

Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb.

Ağır xəsarət alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.


Oxunma sayı: 2817

Oxşar yazılar