Bu icra başçıları narkotik plantasiyaları salıb

  • 22:22 - 01 Dekabr

Azərbaycanda elə rayonlar var ki, icra başçıları narkotik plantasiyaları salıblar. Mən bunu bölgələrdə apardığımız monitorinqlərə, araşdırmalara əsasən deyirəm.

Avropa.info axar.az-a istinadən bildirir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu bu gün keçirilən "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, keçirdiyi monitorinqlərin nəticələrini müvafiq dövlət qurumlarına təqdim edəcək:

"Amma çox maraqlıdır, həmin rayonlarda hüquq-mühafizə orqanları o narkotik plantasiyalarından doğrudanmı xəbərsizdir? DİN nümayəndələri bizimlə regionlara getsinlər, biz onlara o plantasiyaları göstərə bilərik. Quru sərhədlərimiz bağlıdır. Narkotik vasitələri Azərbaycana necə gətirilir?"

Novella Cəfəroğlu xüsusən cənub rayonlarında vəziyyətin həddən artıq ağır olduğunu əlavə edib.


Oxunma sayı: 3862

Oxşar yazılar