Ermənistanda təyyarə qəzası – Rusiya vətəndaşları öldü (FOTO)

  • 17:41 - 01 Dekabr

B55 təyyarəsi Ermənistan ərazisində Kotayk (Ağadərəsi) rayonunun Craber kəndi yaxınlığında qəzaya uğrayıb, qəza yerində iki cəsəd tapılıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Dekabrın 1-də saat 14:20-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə Kotayk Marzın Craber kəndi yaxınlığında “B55” tipli təyyarənin qəzaya uğraması və alışması barədə məlumat daxil olub”, - məlumatda qeyd edilir. 

Nazirlikdən bildirilib ki, hadisə yerində iki yanan meyit aşkar edilib, yanğın saat 14:41-də söndürülüb. 

Bu arada Fövqəladə Hallar Nazirliyi ölən pilotların Rusiya vətəndaşları olduğunu bildirib.

В Армении разбился самолет B55

Oxunma sayı: 2586

Oxşar yazılar