Sabiq və indiki təhsil nazirləri bir arada - MARAQLI FOTOLAR

  • 18:33 - 01 Dekabr

Elm və təhsil naziri Emin Əmrullayev sabiq təhsil naziri, Azərbaycan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovla görüşüb.

Avropa.info xəbər verir ki, bununla bağlı Emin Əmrullayev öz sosial şəbəkə hesabında paylaşım edib.

Emin Əmrullayev Nazir Misir Mərdanovla yanaşı, sabiq rabitə naziri, hazırda İdarəetmə Sistemləri İnstitutunun baş direktoru olan Əli Abbasov və digər şəxslərlə də görüşdüyünü bildirib.

Görüş zamanı elmi-tədqiqat işləri, kadr hazırlığı, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr, hazırlanan elmi jurnallar haqqında müzakirə aparılıb, laboratoriyalara baxış keçirilib.


 


 


 


 


Oxunma sayı: 2718

Oxşar yazılar