
KİV: İspaniya Müdafiə Nazirliyinə partlayıcı maddələr olan məktub göndərilib
- 14:57 - 01 Dekabr
Partlayıcı maddələr olan daha bir məktub İspaniya Müdafiə Nazirliyinə göndərilib.
Avropa.info bildirir ki, bu barədə yerli mətbuat xəbər verir.
Jurnalistlərin məlumatına görə, nazirlik paketi dekabrın 1-i səhər saatlarında alıb. Bu, krallıqda tapılan dördüncü partlayıcı paketdir.
Birinci paket noyabrın 30-da Ukraynanın Madriddəki səfirliyinə, ikincisi Instalaza silah şirkətinə gəlib. Üçüncü partlayıcı paket Torrejon de Ardozdakı hərbi hava bazasına göndərilib.
Partlayıcı maddələr yük skan sistemləri vasitəsilə aşkar edilib.