
Xocasən Sağlamlıq Mərkəzinin rüşvət alan sabiq direktoruna hökm oxunub
- 17:36 - 01 Dekabr
Bakı şəhər Binəqədi rayonu Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Avropa.info APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Əliyar Məmmədov 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər Binəqədi rayon Xocasən Sağlamlıq Mərkəzinin direktoru Əliyar Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınıb.