İsveçrə Rusiyanın 7,9 milyard dollar dəyərində aktivlərini DONDURDU

  • 14:18 - 01 Dekabr

İsveçrə Rusiyanın 7,5 milyard İsveçrə frankı (təxminən 7,95 milyard dollar) dəyərində aktivlərini bloklayıb. 

Avropa.info xəbər verir ki, bu barədə cümə axşamı ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) məlumat yayıb. 

“3 iyul 2022-ci il tarixinə Rusiya vətəndaşlarının və ya fiziki və hüquqi şəxslərin İqtisadiyyat üzrə Dövlət Katibliyinə bəyan edilmiş əmanətlərinin məbləği 46,1 milyard frank təşkil edib. 25 noyabr 2022-ci il tarixinə İsveçrədə dondurulmuş aktivlər 7,5 milyard franka çatıb”, - SECO qeyd edib. 

Bundan əlavə, altı İsveçrə kantonunda 15 mülk bloklanıb.


Oxunma sayı: 2685

Oxşar yazılar