Rusiya 11 hava limanına uçuşların məhdudlaşdırılmasını bu tarixdədək uzatdı

  • 12:26 - 01 Dekabr

Rusiyanın 11 hava limanında müvəqqəti uçuşların məhdudlaşdırılması rejimi 2022-ci il dekabrın 9-dək uzadılıb. 

Avropa.info bildirir ki, bu barədə dekabrın 1-də Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) saytında məlumat verilib. 

Rusiyanın 11 hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi 09 dekabr 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-ə qədər uzadılıb. 

Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. 

Rusiya aviaşirkətlərinə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etməklə alternativ marşrutlar üzrə sərnişinlərin daşınmasını təşkil etmək tövsiyə olunur. 

Rusiyanın digər hava limanları normal rejimdə işləyir.


Oxunma sayı: 2443

Oxşar yazılar