Lukaşenkodan Kiyevə İTTİHAM: "İstənilən bəhanə ilə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır"

  • 12:21 - 01 Dekabr

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukrayna istənilən bəhanə ilə NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. 

Avropa.info xəbər verir ki, bunu Lukaşenko Minskdə Belarusun müdafiəsi ilə bağlı görüşdə bildirib. 

“Bütün bunları bu yaxınlarda Polşa ərazisinə düşən raketlər də təsdiqləyir”, - Lukaşenko bildirib. 

Belarus rəhbərinin sözlərinə görə, hüquq-mühafizə orqanları ölkənin dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir. 

Lukaşenka bildirib ki, Qərb dövlətləri silahlı qüvvələrin hərbi potensialını gücləndirməkdə, qonşu ölkələrin ərazisində infrastrukturu modernləşdirməkdə, əməliyyat və döyüş hazırlığı fəaliyyətinin intensivliyini artırmaqda davam edir. “Bütün bunlar Belarus ətrafında və bütövlükdə regionda onsuz da çətin olan hərbi-siyasi vəziyyətin kəskinləşməsinə gətirib çıxarır”, - deyə o bildirib. 

“İndiyə qədər biz potensial rəqibin Belarusa qarşı hərbi güc tətbiq etməsinin qarşısını ala bilmişik. Amma buna baxmayaraq, biz daim nəzarətdə olmalı, görməli və qaçırmamalıyıq”, - Lukaşenko vurğulayıb. 

Belarus lideri ən vacib vəzifəni “Belarusun perimetri boyunca baş verənlərdən dərs almaq” adlandırıb.


Oxunma sayı: 2146

Oxşar yazılar