İngiltərədə laboratoriya SKANDALI: Yanlış test 55 min COVID-19 hadisəsinə səbəb oldu

  • 12:02 - 01 Dekabr

2021-ci ilin payızında İngiltərədə bir laboratoriyada baş verən bir səhvin ən azı 20 ölümə və 55.000 COVID-19 yoluxmasına səbəb olduğu ifadə edilib. "Immensa" adlı şirkətin Volverhampton şəhərində təsadüfən 39.000 müsbət PCR nümunəsini mənfi olaraq qeyd etdiyi anlaşılıb. Hadisə ölkənin ən çox danışılan mövzularından birinə çevrilib.

Avropa.info xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Təşkilatı (UKHSA) səlahiyyətliləri 2021-ci ilin payızında ölkədə bir laboratoriyada bir səhvin təxminən 55.000 əlavə COVID-19 hadisəsi ilə nəticələndiyini təxmin edib.

Mütəxəssislər qeyd ediblər ki, bu müddət ərzində COVID-19 testi saxta neqativ çıxan hər bir şəxs orta hesabla daha iki nəfərə virus keçirib. Tədqiqatçılar həmçinin bu müddət ərzində "başqa cür olmaya da bilər" təxminən 680 əlavə xəstəxanaya yerləşdirildiyini və 20-dən çox əlavə ölüm olduğunu söyləyib.

Səhv edən Böyük Britaniya laboratoriyasının sahibi olan "İmmensa" şirkəti 2020-ci ilin oktyabrında hökumətdən "dərhal COVID-19 üçün PCR testi hazırlamaq" üçün 119 milyon funt sterlinqlik müqavilə qazanıb.

Keçən yay əlavə PCR testi üçün hökumət tərəfindən Immensa-ya əlavə 50 milyon funt sterlinq verilib. Harvard Universitetinin məzunu Andrea Riposatiyə məxsus şirkət 2020-ci ilin may ayında təsis edilib. Lakin 2021-ci ilin oktyabrında intensiv şikayətlərdən sonra "Immensa"nın Volverhemptondakı laboratoriyasında dəyərləndirilən testlərin səhv qiymətləndirildiyi aşkarlanıb və laboratoriyanın fəaliyyəti dayandırılıb.

"Immensa" tərəfindən verilən açıqlamada laboratoriyada səhvin işçilərin müsbət və mənfi nəticələri yanlış bildirmək üçün hədd səviyyələri təyin etmələri səbəbindən meydana gəldiyi qənaətinə gəlindiyi qeyd edilib.

Demək olar ki, bir illik araşdırmadan sonra UKHSA direktoru və baş müstəntiq Riçard Qliv bunları deyib: 

“Araşdırmamız zamanı biz bu müddət ərzində PCR testini həyata keçirən özəl laboratoriyaların müqavilələrini yoxlamaq üçün mövcud qaydaları diqqətlə nəzərdən keçirdik.

Biz belə nəticəyə gəldik ki, "Immensa"nın Volverhampton laboratoriyasındakı işçilərin səhvləri 2021-ci ilin sentyabr və oktyabr aylarında PCR test nəticələrinin yanlış hesabatının birbaşa səbəbidir. Fikrimizcə, özəl laboratoriyada bu xətanın baş verməməsi üçün Səhiyyə Nazirliyinin tövsiyə etdiyi konkret tədbir görülməyib. Lakin bizim hesabatımız həm belə hadisələrin təkrarlanma riskini azaltmaq, həm də narahatlıqların dərhal aradan qaldırılması və araşdırılmasını təmin etmək üçün aydın tövsiyələr verir." 

Digər tərəfdən, Qliv laboratoriyadakı səhvdən təsirlənən bütün xəstələrlə əlaqə saxlandığını vurğulayıb.


Oxunma sayı: 2102

Oxşar yazılar