Dünya Çemionatına hazırlıq zamanı neçə nəfər ölüb? – Qətər rəsmisi AÇIQLADI

  • 11:49 - 01 Dekabr

Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının yüksək vəzifəli rəsmisi Həsən əs-Savadi ölkəsinin turnirə hazırlaşdığı illərdə 400-500 miqrant işçinin iş qəzalarında həyatını itirdiyini bildirib.

Avropa.info bildirir ki, Qətər Təslim və İrs Ali Komitəsinin sədri Həsən əs-Savadi Britaniya televiziya kanalına açıqlama verib. 

Aparıcının "Dünya Çempionatına hazırlıq işləri zamanı nə qədər işçi öldü?" sualına cavab olaraq əs-Savadi bildirib ki, 2014-2020-ci illər üzrə bütün sektorları əhatə edən işçi ölümləri və bütün millətlərdən olan miqrant işçilər üzrə milli statistikaya görə, 400-500 işçi həyatını itirib. 

Dünya Kuboku stadionlarının və məsul olduqları digər turnir infrastrukturlarının tikintisi ilə bağlı əs-Savadi, "Almaniya və İsveçrə birliklərinin nümayəndələri Dünya Çempionatının keçiriləcəyi ərazilərdə gördüyümüz işləri yüksək qiymətləndirdilər və irəliləyiş olduğunu bildirdilər", deyib.

Qətər rəsmisi ümumilikdə əmək islahatına ehtiyac olduğu və təkmilləşdirmələrin aparılmalı olduğu fikrini də bildirib. 

Xarici işçi qüvvəsi Qətərin 2,9 milyon əhalisinin 2,5 milyondan çoxunu təşkil edir. Xüsusilə son 10 ildə iri tikinti layihələrində çalışan işçilərin iş şəraiti ciddi tənqidlərə məruz qalıb.


Oxunma sayı: 2168

Oxşar yazılar