İran küçələrində yeni GƏRGİNLİK: Milli komandanın məğlubiyyətinə sevinən gənc öldürüldü – FOTO

  • 11:34 - 01 Dekabr

İran millisi ABŞ-a uduzaraq dünya çempionatından kənarlaşdırılıb. Milli komandanın mübarizədən kənarlaşdırılmasından sonra rejim rəqibləri sevinc nümayiş etdirib. Bu nümayişlər zamanı bir nəfərin başından vurularaq öldürüldüyü iddia edilib. Məlum olub ki, öldürülən iranlı millidə çıxış edən futbolçunun uşaqlıq dostu olub.

Avropa.info bildirir ki, İran dünya çempionatında ABŞ-a 1:0 hesabı ilə uduzaraq turnirdən kənarlaşdırılıb. 

Bundan sonra İran hökumətinin əleyhdarları həm oyunun keçirildiyi Qətərin paytaxtı Dohada, həm də İranda sevinc nümayişləri keçiriblər. 

Bu nümayişlər zamanı avtomobilinin siqnalını çalan 27 yaşlı Mehran Samak İranın şimalındakı Bəndər Ənzəli şəhərində polis tərəfindən güllələnib. 

İranın Norveçdəki İnsan Haqları Təşkilatının məlumatına görə, Samak təhlükəsizlik qüvvələri tərəfindən birbaşa baş nahiyəsindən hədəfə alınıb. Eyni məlumatı Nyu-Yorkda yerləşən təşkilat yayıb. 

Təşkilat rəsmi "Tvitter" hesabında Samakın dəfnindən çəkilmiş videonu yayımlayıb. 27 yaşlı gəncin qohumları "Diktatora ölüm" şüarları səsləndiriblər. 

Digər yazı isə hazırda İran millisinin 26 yaşlı yarımmüdafiəçisi Səid İzzətullahidən gəlib. 

Samakla eyni yerdə doğulan milli futbolçu uşaqlıqda eyni komandada oynadıqlarını bildirərək, həmin dövrə aid fotosunu paylaşıb. 

İzzətullahi qeyd edib ki, "Bir gün maskalar düşəcək və həqiqət üzə çıxacaq. Gənclərimiz və millətimiz buna layiq deyil". 

Xatırladaq ki, İran milli komandası dünya çempionatının ilk oyununda İngiltərə ilə oynayıb və İranda hökumət əleyhinə etirazlara dəstək olaraq dövlət himnini oxumayıb. 

Daha sonra Amerikanın CNN İnternational telekanalı xəbər verib ki, futbolçular növbəti matçda dövlət himninə qatılmasalar, onların ailələri həbs və işgəncə ilə hədələnib. 

Bunun üzərinə oyunçular ABŞ oyunu öncəsi dövlət himnini oxuyublar. 

İranda 22 yaşlı Məhsa Əmininin həbsdə ölməsi aylardır hökumət əleyhinə şüarlarla etiraz edilir. 

İsveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, ölkədə 60 uşaq və 29 qadın olmaqla 448 nəfər ölüb.

İran sokaklarında yeni gerilim: Milli takımın yenilmesine sevinen genç öldürüldü! - 1

Oxunma sayı: 2509

Oxşar yazılar