"Tvitter" saxta hesabları silməyə başlayır – FOTO

  • 11:25 - 01 Dekabr

Saxta hesabların silinməsi ilə əlaqədar sosial şəbəkə istifadəçilərinin abunəçilərinin sayı azala bilər.

Avropa.info xəbər verir ki, "Tvitter"in sahibi, amerikalı iş adamı İlon Mask sosial şəbəkənin saxta hesabları bloklamağa başladığını bildirib. 

""Tvitter" hazırda çoxlu spam və saxta hesabları silir, ona görə də izləmələrinizin azaldığını görə bilərsiniz” deyə Mask xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl iş adamı artıq saxta "Tvitter" hesablarının bloklanacağı barədə məlumat vermişdi. 

Xatırladaq ki, oktyabrın sonunda sahibkar Elon Mask "Tvitter"i almaq üçün 44 milyardlıq müqaviləni nəhayət bağlamışdı. O, ciddi senzuraya görə geniş tənqid edilən sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağına, məzmun moderatoru şurası yaradacağına, şura fəaliyyətə başlayana qədər redaksiya siyasəti və bloklanmış hesabların bərpası ilə bağlı qlobal qərarlar qəbul etməyəcəyinə söz verib.


Oxunma sayı: 3136

Oxşar yazılar