Səudiyyə Ərəbistanı 2 milyondan çox amfetamin həbi müsadirə edib

  • 11:05 - 01 Dekabr

Səudiyyə Ərəbistanının narkotiklərlə mübarizə əməliyyatında 2 milyondan çox amfetamin həb ələ keçirilib. 

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın verdiyi məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsinin sözçüsü Məhəmməd əl-Nüceydi paytaxt Ər-Riyadda 2 milyondan çox narkotik həb ələ keçirildiyi əməliyyat zamanı 4 xarici vətəndaşın saxlanıldığını bildirib. 

Nüceydi qeyd edib ki, ölkənin və gənclərin təhlükəsizliyinə zərbə vurmağa çalışanların hamısına qarşı mübarizə Daxili İşlər Nazirliyinin bütün idarələri tərəfindən aparılır. Saxlanılan şəxslər prokurorluğa verilib. 

Əməliyyatı krallığın Vergi və Gömrük idarələri birgə həyata keçirib. 

Oktyabrın 17-də və noyabrın 16-da Ər-Riyadda keçirilən iki əməliyyat zamanı 4 milyon 200 min ədəd amfetamin həbləri ələ keçirilib.


Oxunma sayı: 2058

Oxşar yazılar