İŞİD terror təşkilatının daha bir lideri öldürüldü – ABŞ Mərkəzi Komandanlığı ELAN ETDİ

  • 11:01 - 01 Dekabr

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Əbu İbrahim əl-Haşimi əl-Qureyişinin ölümündən sonra İŞİD-in başına keçən Əbu Həsən əl-Haşimi əl-Qureyşinin də öldürüldüyünü açıqlayıb. 

Avropa.info xəbər verir ki, bu barədə komandanlığın sözçüsü polkovnik Co Buccino açıqlamasında jurnalistlərə açıqlamasında deyib. “Əbu İbrahim əl-Haşimi əl-Qureyişinin ölümündən sonra, oktyabrın ortalarında İŞİD yenidən vuruldu. Əbu Həsən əl-Haşimi əl-Qureyşinin öldürülməsi əməliyyatı Dərə əyalətində Azad Suriya Ordusu tərəfindən həyata keçirilib”, - deyə o bildirib. 

Buccino İŞİD-in bölgə üçün təhlükə yaratmağa davam etdiyini və CENTCOM-un təşkilatı tamamilə məğlub etməyi hədəflədiyini bildirib. 

Qeyd edək ki, ABŞ qüvvələri İraq, Suriya və İordaniya sərhədlərinin qovşağında yerləşən Ət-Tanf bölgəsində yerləşən Mühavvir əs-Saura adlı müxalif qrupla əməkdaşlıq edir. 

Bu qrup bir müddət əvvəl adını Azad Suriya Ordusu olaraq dəyişdirib. 

İŞİD-in ilk lideri Əbu Bəkr əl-Bağdadinin yerinə keçmiş Əbu İbrahim əl-Haşimi əl-Qureyşi fevral ayında ABŞ xüsusi təyinatlılarının Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat zamanı öldürülüb.


Oxunma sayı: 2146

Oxşar yazılar