Ukrayna müharibədə nə qədər itki verib? – Baş Qərargahdan Avropa Komissiyasına ETİRAZ

  • 10:56 - 01 Dekabr

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Avropa Komissiyası prezidentinin müharibədə Ukrayna tərəfinin itkiləri ilə bağlı açıqladığı məlumatı təsdiqləməyib. 

Avropa.info bildirir ki, bundan əvvəl Avropa Komissiyası (AK) Rusiya xüsusi əməliyyatı (NVO) başlayandan bəri Ukrayna ordusunun itkilərini qiymətləndirib. AK rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, onların sayı 100 min əsgər və zabitdən ibarət olub. Onun açıqlamasının videosu "Tvitter" səhifəsində yerləşdirilib. 

Onun sözlərinə görə, 2022-ci ilin fevral ayının sonundan etibarən Ukraynanın itkiləri “100 mindən çox Ukrayna hərbçisi və 20 mindən çox mülki şəxs” təşkil edib. Lakin bir müddət sonra yazı silinib, həm videomüraciətdən, həm də yazılı açıqlamadan Kiyevin itkiləri ilə bağlı sözlər kəsilib. 

Daha sonra Avropa Komissiyasının siyasi kommunikasiyalar şöbəsinin rəhbəri və həmin qurumun sözçüsü müavini Dana Spinant əlavə dəyişiklikləri şərh edib. 

"Bu videonun əvvəlki versiyasında rəqəmlərin qeyri-dəqiqliyini qeyd edənlərə böyük təşəkkür edirəm", deyə o, fon der Leyenin çıxışına münasibət bildirib. 

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat katibi Boqdan Senik Avropa Komissiyasının sədrinin verdiyi rəqəmləri təsdiqləməyib. 

“Biz bu rəqəmləri təsdiq etmirik. Ölənlərlə bağlı məlumatlar bağlanıb, onları yalnız xüsusi səlahiyyətlərə malik şəxslər səsləndirə bilər”, - deyə Şenik bildirib.


Oxunma sayı: 2146

Oxşar yazılar