ABŞ dövlət katibi: Putinin Ukrayna strategiyası işləməyəcək

  • 23:58 - 30 Noyabr

ABŞ dövlət katibi Entoni Blinken Rusiya ordusunun Ukraynanın mülki əhalisinə və enerji infrastrukturuna zərbələrini “barbarcasına” adlandırıb və Rusiya prezidenti Vladimir Putinin strategiyasının “işləməyəcəyini” deyib. 

Avropa.info xəbər verir ki, Amerika diplomatiyasının rəhbəri Buxarestdə NATO xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. 

Entoni Blinken qeyd edib ki, son bir neçə həftə ərzində Rusiya “milyonlarla insanı soyuğa və qaranlığa məhkum etmək” cəhdi ilə Ukraynanın elektrik şəbəkəsinin üçdə birindən çoxunu məhv edib. 

“Putin Qərb dünyasında birliyi pozmağa çalışır. Çin də daxil olmaqla, yeni çağırışlarla üzləşdiyimiz üçün biz NATO-nun gələcəkdə daha dayanıqlı olmasına çalışırıq”, - deyə dövlət katibi vurğulayıb.


Oxunma sayı: 3037

Oxşar yazılar