İsveç XİN: Türkiyə ilə NATO danışıqlarında irəliləyiş əldə olunub

  • 23:17 - 30 Noyabr

İsveçin NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyə ilə danışıqlarda irəliləyiş əldə olunub. 

Avropa.info bildirir ki, bu barədə SVT telekanalının efirində Skandinaviya ölkəsinin xarici işlər naziri Tobias Bilström məlumat verib. 

İsveç xarici işlər naziri NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Buxarestdə keçirilən toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edib. 

“Türkiyə ilə danışıqlarda irəliləyiş əldə olunub. Bunu bir gün əvvəl Buxarestdə görüşdüyümüz digər həmkarlarımız da təsdiqlədilər. Çox yaxında mən Türkiyəyə gələcəyəm və xarici işlər naziri Çavuşoğlu ilə görüşəcəyəm. Bir çox məsələləri müzakirə etmək imkanımız olacaq. Mən bu görüşü səbirsizliklə gözləyirəm”, - Bilström bildirib. 

İsveç diplomatiyasının rəhbərinin sözlərinə görə, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü nə vaxt təsdiq edəcəyi ilə bağlı məlumatı yoxdur. “Sabit vaxt çərçivələrinə diqqət yetirmək düzgün olmazdı. Bununla belə, dünən Buxarestdə keçirilən iclasda məlum oldu ki, irəliləyiş əldə olunduqca Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə gələ bilər”, - XİN rəhbəri bildirib. .


Oxunma sayı: 2322

Oxşar yazılar