Ukraynanın Madriddəki səfirliyində PARTLAYIŞ – Yaralanan var

  • 21:57 - 30 Noyabr

Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, bir nəfər yaralanıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko "Facebook"da yazıb.

“Ukraynanın İspaniyadakı səfirliyi zərf alıb. Yoxlama zamanı partlayış baş verib. Əməkdaş yüngül bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. Lazımi tibbi yardım göstərilir. Həyatı üçün heç bir təhlükə yoxdur. Səfirliyin qalan əməkdaşları xəsarət almayıb”, - deyə o qeyd edib. 

O qeyd edib ki, xarici işlər naziri Dmitri Kuleba Ukraynanın xaricdəki bütün səfirliklərinin təhlükəsizliyinin təcili şəkildə gücləndirilməsi barədə göstəriş verib. 

Nazir vurğulayıb ki, partlayışın arxasında kimin dayanmasından asılı olmayaraq, “onlar ukraynalı diplomatları qorxuda və ya Ukraynanı gücləndirmək və Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün gündəlik işlərini dayandıra bilməyəcəklər”.


Oxunma sayı: 3466

Oxşar yazılar