Paşinyan müttəfiqini prosesə qatmağa çalışır: Fransanı zorla masada oturtmaq mümkün deyil – AÇIQLAMA

  • 10:36 - 29 Noyabr

Ermənistanın baş naziri Nikol Paşinyanın “İlham Əliyevlə görüşlərdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbinin arxasında həm də İrəvanın Minsk Qrupu həmsədrlik institutunu yenidən canlandırmaq istəyi ilə bağlıdır. 

Bunu Avropa.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya və ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçi kimi çıxış edir, keçmiş həmsədrlərdən bircə Fransa yoxdur: 

"Ona görə də Paşinyan müttəfiqini də prosesə qatmağa çalışır ki, keçmiş üçlük bərpa olunsun. Ancaq biz “yox” deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün deyil. İkinci Qarabağ müharibəsindən sonra Fransanı faktiki Avropa İttifaqı əvəz edib və bu daha faydalı formatdır, Şarl Mişel birliyə daxil olan bütün ölkələri təmsil edir".


Oxunma sayı: 3488

Oxşar yazılar