Stadionda DƏHŞƏT: Azarkeş qapıçıya hücum etdi, ara qarışdı – 21 nəfər saxlanılıb (FOTO)

  • 14:16 - 28 Noyabr

Futboldan əvvəl İzmir derbisində arzuolunmaz hadisələr yaşanıb. 

Avropa.info xəbər verir ki, "Göztepe" - "Altay" matçında tribunadan atılan fişəng "Göztepe"li tərəfdarı ağır yaralayıb. Futbol azarkeşi "Altay"ın qapıçısı Ozan Özençə künc zərbəsi dirəyi ilə hücum edib. Mütəşəkkil insidentdən sonra 21 nəfər saxlanılıb. Dindirilənlər arasında fişəngi stadiona gətirən 2 özəl təcili yardım əməkdaşı da var. Özəl təcili yardım şirkətinə qarşı inzibati araşdırma başlanıb. 

Ötən həftə "Göztepe" - "Altay" matçı ilə bağlı müzakirələr başlayıb. İzmir valisi Yavuz Səlim Köşger “Altay” azarkeşlərinin stadiona buraxılıb-qalmayacağından danışarkən sosial media hesabından verdiyi açıqlama ilə müzakirələrə son qoyub. 

Köşger hər iki komandanın tərəfdarlarının qəbul ediləcəyini açıqlayıb. 

Bunun üzərinə gözlər matçın gününə və saatına çevrilib. Qarşılaşma başlayandan sonra "Altay" azarkeşləri ehtiyat tədbiri olaraq tribunalara aparılıb. 

Hər iki tərəfin azarkeşlərinin gərgin alqışları arasında davam edən matçın 19-cu dəqiqəsindən sonra gərginlik pik həddə çatıb. 

"Altay" tribunasından qəflətən sıx duman qalxıb. Bundan dərhal sonra qarşı tərəfdəki tribunaya fişəng atılıb. Ox kimi atılan fişəng "Göztəpə" tərəfdarı Mehmet Çakırın üzünə dəyib. 

Hakim oyunu dayandırıb. Əraziyə təcili yardım maşını girib. 

Bütün rəsmilərin diqqəti yaralıların üzərində olarkən, "Göztəpə" tərəfdarı meydançaya atılıb. O, cəld künc dirəyini çıxararaq "Altay"ın qapıçısı Ozan Evrim Özençə hücum edib. 

Başından zədə alan qapıçı Özenç xəstəxanaya aparılıb və başına tikiş qoyulub. Qapıçının müalicəsinin ardından bu gün evə buraxıldığı bildirilib. 

Yaralanan "Göztepe" tərəfdarı Mehmet Çakır da əməliyyat olunub, onun həyati təhlükəsinin olmadığı açıqlanıb. 

Fişənglə vurulan Mehmet Çakırın Dokuz Eylül Universiteti Xəstəxanasında müalicəsinin davam etdiyi bildirilib. 

Hadisədən sonra İzmir polisi "Göztepe" tərəfdarlarını stadiondan təxliyyə edib. "Altay" tərəfdarları araşdırmalar tamamlanana qədər həbsdə saxlanılıb. 

Polis fişəngi kimin yandırdığını müəyyən etmək üçün bütün görüntüləri nəzərdən keçirib. 

İzmir Valiliyi hadisənin mütəşəkkil cinayət olduğunu elan edib. 

Görüntülərə görə, matçın başlamasına 2 saat qalmış stadiona gələn təcili yardım əməkdaşları tualetdə iki bel çantası qoyublar. Sonra hər ikisi uzun müddət telefonla danışıblar. 

Tualetə daxil olan azarkeşlər bel çantalarını götürərək tribunalara yollanıblar. 

Təcili yardım əməkdaşları və tədbiri təşkil edən 3 nəfər olmaqla 21 nəfər saxlanılıb. 

Yaxalananlar arasında "Altay" tərəfdarlarına paylanan materiallardan istifadə edənlər və qapıçıya xəsarət yetirən şəxs də daxildir. 

Saxlanılan şübhəlilərin dindirilməsi davam edir. 

Ləğv edilən matçla bağlı qərarı Türkiyə Futbol Federasiyası araşdırmalar başa çatdıqdan sonra verəcək.

Göztepe-Altay derbisinde olaylar çıktı - 13

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 12

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 10

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 9

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 7

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 6

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 5

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 4

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 3

 

Göztepe-Altay derbisinde olaylar çıktı - 2

Oxunma sayı: 7646

Oxşar yazılar