Səudiyyə futbolçuları ilə bağlı inanılmaz QƏRAR: Vəliəhd şahzadə "Rolls Royce Phantom" edəcək

  • 12:46 - 26 Noyabr

Futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatında turnirin favoritlərindən biri kimi göstərilən Argentina noyabrın 22-də Səudiyyə Ərəbistanına uduzaraq böyük sürprizlə üzləşib. Səudiyyə Ərəbistanı 48-ci dəqiqədə Əl-Şehri və 53-cü dəqiqədə Əl Davsarinin qolları ilə 2:1 hesabı ilə qalib gəlib. 

Avropa.info xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının favoriti Argentinanı məğlub edən Səudiyyə Ərəbistanında qeyd etmələr “bayrama” çevrilib. Kral Salman bin Əbdüləziz qələbədən sonra ölkədə elan edilən rəsmi bayramdan sonra bu dəfə vəliəhd şahzadə Məhəmməd bin Salman futbolçulara qələbə mükafatı olaraq lüks avtomobillər arasında yer alan "Rolls Royce Phantom" avtomobilinin veriləcəyini söyləyib. 

Şahzadə xəbəri futbolçuları sevindirərkən, Səudiyyə Ərəbistanı millisinin digər matçlara da "ciddi" hazırlaşdığı məlum olub.

Qeyd edək ki, Səudiyyə yığması bu gün Polşa milli ilə qarşılaşacaq.


Oxunma sayı: 10825

Oxşar yazılar