Paris və London arasında QARŞIDURMA: Makron Britaniyanı veto ilə hədələdi

  • 12:29 - 25 Noyabr

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi vəzifəsinə təyinatına veto qoymağı planlaşdırdığını açıqlayıb.

Bildirilib ki, Fransa Böyük Britaniya və ya Türkiyədən olan istənilən namizədə qarşıdır.

Avropa.info bildirir ki, Britaniya qanunvericilərinin qəzəbi və Paris və London arasında qızışan qarşıdurma "Daily Express" (DE) tərəfindən xəbər verilir. 

Britaniyanın Mühafizəkarlar Partiyasının deputatı Endryu Bridgen nəşrə deyib: “Makronun "anqlofobiya"sı olsa da, o, ən azı ardıcıldır”. 

Digər deputatlar ümid etdiklərini bildiriblər ki, yeni baş nazir Rişi Sunak Uollesin qarşısını kəsən və NATO-dakı Fransa və Britaniya hərbi nümayəndələri arasında münaqişəyə səbəb olan Makronu razı sala biləcək.

Qeyd edək ki, Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. Uolles (Britaniya müdafiə naziri) bu vəzifəyə əsas iddiaçı sayılır. İddiaçılar sırasında Niderland Baş naziri Mark Rütte və Kanada Baş nazirinin müavini Xristya Frilandın adı çəkilir.

Xatırladaq ki, britaniyalı deputatlar Makronun bu cür istəklərinə görə onu "anqlofobiya"da ittiham edir.


Oxunma sayı: 3411

Oxşar yazılar