Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi olub

  • 11:38 - 25 Noyabr

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş verib. 

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, dünən daha 50 ukraynalı əsgər rus əsirliyindən geri qaytarılıb, 

“50 ukraynalı əsgəri rus əsirliyindən geri qaytara bildik. Bunlar 20 Milli Qvardiyaçı, Hərbi Dəniz Qüvvələrindən 12 hərbçi, Ukrayna Silahlı Qüvvələrinin 10 döyüşçüsü, Dövlət Sərhəd Xidmətindən 6, Ərazi Müdafiəsindən 2 nəfərdir”, - o sosial şəbəkədə yazıb. 

Yermak əlavə edib ki, onların arasında iki zabit, 48 sıravi və çavuş var. 

Danışıqlar prosesi nəticəsində 50 rus hərbçisi Kiyevin nəzarətində olan ərazidən qayıdıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

“Azadlığa buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir”, - nazirlikdən bildirilib.


Oxunma sayı: 2410

Oxşar yazılar