Ukrayna XİN: Rusiya qoşunlarının hərəkətləri dialoq ehtimalını “absurd” edir

  • 13:14 - 24 Noyabr

Rusiya öz hərəkətləri ilə sülh danışıqlarının mümkünlüyünü istisna edir. 

Avropa.info xəbər verir ki, bunu Yaponiyanın NHK nəşrinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. 

“Rusiya qoşunlarının hərəkətləri istənilən sülh danışıqları ideyasını “absurd” edir. Moskvadakı liderlər "təcavüz və terroru" davam etdirmək üçün danışıqlardan "tüstü pərdəsi" kimi istifadə edirlər", - Kuleba bildirib. 

Kuleba əmin edib ki, Ukrayna öz ərazilərini rus qoşunlarından azad etmək üçün mübarizəni davam etdirəcək. "Ukrayna öz torpaqlarını azad etməyə, insanları Rusiya cinayətlərindən, işgəncələrdən, əzablardan və dözülməz həyat şəraitindən xilas etməyə davam edəcək", - XİN rəhbəri qeyd edib.


Oxunma sayı: 771

Oxşar yazılar