İsveçrə öz silahlarının Rusiya və Ukraynaya tədarükünü QADAĞAN ETDİ

  • 12:54 - 24 Noyabr

İsveçrə öz silahlarının Rusiyaya və qismən də Ukraynaya ixracına qadağa qoyub. 

Avropa.info xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Məlumata görə, qadağa Avropa İttifaqının (Aİ) səkkizinci sanksiyalar paketində yer alan tədbirlərə əlavə olaraq tətbiq edilir. Ölkənin Federal Şurası Rusiyaya silah tədarükünü qadağan etmək qərarına gəlib. Nazirliyin məlumatında bildirilir ki, eyni zamanda, qadağa İsveçrənin neytrallığı səbəbindən qismən Ukraynaya şamil edilir. 

Nazirlik onu da aydınlaşdırır ki, indiyədək İsveçrədə silah embarqosu hərbi təyinatlı mal və materiallara nəzarət üzrə qanunvericilik əsasında tətbiq edilib. 

Bundan əlavə, ölkənin Federal Şurası Rusiya və Rusiya şirkətlərinə İT, mühəndislik, memarlıq, eləcə də hüquq xidmətləri sahəsində xidmətlərin göstərilməsini qadağan edib.


Oxunma sayı: 870

Oxşar yazılar