Türkiyə Suriyanın şimalında quru əməliyyatlarına bu tarixdə başlaya bilər – Tanınmış köşə yazarından AÇIQLAMA

  • 12:29 - 24 Noyabr

Türkiyə Silahlı Qüvvələrinin Suriyada yeni sərhəd əməliyyatı dekabrdan sonra başlaya bilər. 

Avropa.info xəbər verir ki, bu fikirləri cümə axşamı "Hürriyyət" qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib. 

"Türkiyə silahlı qüvvələri İraqda "Pençe-Kılıç" əməliyyatı keçirir. Dekabrda başa çatdırılması gözlənilir. Bundan sonra Suriyada quru əməliyyatı üçün geri sayım başlamalıdır. Bu dəfə daha genişmiqyaslı əməliyyat planlaşdırılır", - jurnalist bildirib. 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Suriyanın şimalında PKK/PYD/YPG terror təşkilatına qarşı sərhədyanı quru əməliyyatının mümkünlüyünü açıqlayıb. 

Noyabrın 20-də 50-dən çox təyyarə və 20 pilotsuz uçan aparatın iştirakı ilə Türkiyənin “Pençe-Kılıç” hava əməliyyatı başlayıb. Yerdən hava dəstəyi artilleriya ilə təmin edilib. 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, "Pençe-Kılıç" əməliyyatı çərçivəsində Türkiyə Ordusu Suriya və İraqın şimalında 471 terrorçu hədəfə hücum edib, terror təşkilatı PKK-YPG-nin Suriya qanadı olan azı 254 silahlı zərərsizləşdirilib. 


Oxunma sayı: 870

Oxşar yazılar