Paşinyan KTMT-ni şantaj edir: Ermənistanın bu qurumdan istədiyi nədir? – AÇIQLAMA

  • 12:16 - 24 Noyabr

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının İrəvandakı sammitində deyib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyənə qədər “Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib”. 

Bunu Avropa.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Paşinyan sonrakı cümləsində təşkilatı həm şantaj edib, həm də boynuna minnət qoyub: 

"O, birincisi bildirib ki, KTMT-nin passivliyi təşkilatın Ermənisstan daxilindəki imicinə mənfi təsir edib, ikincisi, təşkilat Qazaxıstanın istəyinə müsbət cavab verib, bu ölkədə bir neçə gün içərisində qayda-qanun yaradarkən, o biri üzv – Ermənistanın “xahişini” görməzlikdən gəlir".

Politoloq hesab edir ki, Paşinyanın ilk çıxışındaca təşkilatdan şikayət edəcəyi gözlənilən idi. 

"KTMT-nin İrəvandakı zirvə toplantısı da ermənilərin ümidini doğrultmayacaq. Təşkilat üzvləri Ermənistanın haqsız mövqeyinə görə tərəfdaşları olan Azərbaycanla münasibətləri gərginləşdirmək istəmirlər. Buna baxmayaraq, KTMT Paşinyanın gözünün yaşını silmək üçün Azərbaycan-Ermənistan təmas xəttində monitorinq aparmağa qərar verə bilər. Bunun Azərbaycan üçün təhlükəsi yoxdur, Ermənistanla təmas xəttində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır və heç bir güc və təşkilat bizi geri çəkilməyə məcbur edə bilməz", - deyə politoloq bildirib.


Oxunma sayı: 892

Oxşar yazılar