Türkiyə anti-terror əməliyyatlarının növbəti mərhələsinə BAŞLADI

  • 12:03 - 24 Noyabr

Türkiyənin cənub-şərqindəki Şirnak və Siirt vilayətlərində "Eren Abluka" kod adlı anti-terror əməliyyatlarının payız-qış mərhələsinin on beşinci mərhələsinə start verilib. 

Avropa.info xəbər verir ki, "Eren Abluka" əməliyyatları Türkiyədə terror təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilir. 

Əməliyyatın yeni mərhələsində 755 asayiş keşikçisi, o cümlədən jandarma xüsusi təyinatlıları və xüsusi təyinatlılar 57 qrupa bölünüb. 

Əməliyyatın ilk günündə əməliyyat-axtarış tədbirləri zamanı 8 mağara və 2 terrorçu sığınacaqda silah-sursat və hərbi texnika aşkar edilib.


Oxunma sayı: 914

Oxşar yazılar