Türkiyənin inanılmaz mənzərəli xizək mərkəzi: Məşhur qış turizm mərkəzinə qar yağdı

  • 11:58 - 24 Noyabr

Türkiyənin şimal-qərbindəki Bolu vilayətində Kartalkaya xizək mərkəzinə qar yağıb. 

Avropa.info bildirir ki, Türkiyə sakinləri və qonaqları arasında populyar olan istirahət mərkəzi Bolu vilayətinin inzibati mərkəzindən 35 km, Ankaradan 186 km, İstanbuldan 263 km məsafədə yerləşir. 

Mərkəz dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən Koroğlu dağ silsiləsi ərazisində xidmət göstərir. 

Xizək mərkəzində ötən gecədən başlayan leysan səhərə yaxın qarla əvəzlənib. 

Qarın fasilələrlə davam etdiyi Kartalkaya xizək mərkəzi ağ örtüyə bürünüb. Hər il qış mövsümündə Anadolunun bu bölgəsinə on minlərlə yerli və xarici turist gəlir. 

Xizək mərkəzinə gedərkən turistlər qarla örtülmüş yolkaları və kiçik evləri olan inanılmaz mənzərəyə heyran olurlar.


Oxunma sayı: 848

Oxşar yazılar