KTMT sammitində razılığa gəlmək mümkün olmayıb – Putin Paşinynla GÖRÜŞDÜ

  • 11:41 - 24 Noyabr

İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. 

Avropa.info-nun Ermənistan mətbuatına istinadən məlumatına görə, Paşinyan görüşün açıq hissəsində çıxışında bildirib ki, KTMT sammitində bəzi məsələlərdə razılığa gəlmək mümkün olmayıb.  

Paşinyan regiondakı təhlükəsizlik vəziyyətinə toxunaraq deyib: “Bir çox problemlər var. Mən KTMT-nin iclasında onlar haqqında danışdım. Bunlar sizin dəstəyiniz və himayənizlə Azərbaycan Prezidenti (İlham Əliyev) ilə imzaladığımız üçtərəfli sazişin icrası ilə bağlı problemlərdir. Bunlar çox vacib suallardır. Regionda uzunmüddətli sülhü təmin edəcək məsələlər. Biz bu məsələləri müzakirə etməliyik”. 

“Bu il Ermənistandan Rusiya Federasiyasına ixrac 80% artıb. Təbii ki, bu, tədarük zəncirindəki bəzi dəyişikliklərlə bağlıdır, lakin ümumilikdə bu, iqtisadi əməkdaşlıq üçün imkanlar, yeni imkanlar yaradan faktdır”, - Paşinyan vurğulayıb. 

KTMT sammitinin yekunlarından sonra Rusiya prezidenti Putin deyib: “Əlbəttə, bütün məsələlər nadir hallarda razılaşdırılır, lakin ümumilikdə iş gərgin və faydalı olub”. 

İki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu qeyd edən Putin əlavə edib: “Ötən il ikitərəfli ticarətin həcmi 12 faiz, bu ilin 9 ayında isə 67 faiz artıb. Bu, indiki şəraitlə bağlıdır”. 

Xatırladaq ki, Ermənistanın baş naziri Paşinyan KTMT liderlərinin görüşündə KTMT sammitinin yekun bəyannaməsini imzalamayacağını bəyan edib.


Oxunma sayı: 848

Oxşar yazılar