Venesuela hökuməti və müxalifəti Meksikada danışıqları bərpa edəcək

  • 11:38 - 24 Noyabr

Kolumbiya prezidenti Qustavo Petro Meksikada Venesuela hökuməti ilə müxalifət arasında danışıqların bərpa olunacağını bildirib. 

Avropa.info xəbər verir ki, bu barədə Petro öz "Tvitter" səhifəsində yazıb. 

"Venesuela müxalifəti ilə (Nikolas) Maduro hökuməti arasında danışıqlar noyabrın 25-26-da Meksikada bərpa olunacaq", - o yazıb. 

Yerli mətbuatın məlumatına görə, Venesuela hakimiyyəti məsələ ilə bağlı heç bir açıqlama verməsə də, tərəflərin dialoqun mümkünlüyünə müsbət yanaşdığı güman edilir.


Oxunma sayı: 1409

Oxşar yazılar