Zelenski BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edib

  • 11:33 - 24 Noyabr

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya kütləvi raket zərbəsi ilə bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclasında danışıb. O, görüş iştirakçılarını Ukraynanın sülh formulunu dəstəkləməyə və Rusiyanın təcavüzünü pisləməyə çağırıb. 

Avropa.info-nun məlumatına görə, Zelenski Ukrayna Təhlükəsizlik Şurasına enerji terrorunun istənilən formasını pisləyən qətnamə qəbul etməyi təklif edib. 

“BMT Nizamnaməsini dəstəkləyənlərin hamısının reaksiyasına ehtiyac var. Ukraynanın, Avropanın və bu təcavüzün nəticələrindən əziyyət çəkən bütün xalqların təhlükəsizliyini təmin etmək lazımdır”, - deyə Zelenski vurğulayıb. 

Prezidentin sözlərinə görə, Rusiya dünyaya terror, sabitliyin pozulması və dezinformasiyadan başqa heç nə təklif etmir. O əlavə edib ki, Rusiyanın istənilən formulunda başqa heç nə nəzərdə tutulmur və Ukraynanın sülh formuluna dəstək verməyə çağırıb. 

“Terror dövlətinin nümayəndəsi indi sizə nə deyə bilər? Mülki sakinlər raketlərindən əziyyət çəkmirlər? Hər şey göz qabağındadır. Hər şey çox açıqdır. Sizi insanlığın və həyatın müdafiəsi üçün konkret addımlar atmağa çağırıram! Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin 7-ci bölməsinə uyğun olaraq terrorçu dövlətin hərəkətlərinə aydın qiymət verməlidir”, - deyə Ukrayna prezidenti əlavə edib.


Oxunma sayı: 848

Oxşar yazılar