Paşinyan KTMT-nin yekun bəyannaməsini imzalamaqdan İMTİNA ETDİ

  • 10:57 - 24 Noyabr

Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında Bəyannamə layihəsini imzalamayıb. 

Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, sənəd kifayət qədər yekunlaşdırılmayıb. 

Paşinyan Ermənistanın paytaxtında KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxış edib. 

Azərbaycanın 2021-ci ilin mayından Ermənistan ərazisinin 140 kvadrat kilometrini "işğal" etdiyini iddia edən Paşinyan deyib: “Biz KTMT-dən bununla bağlı nə gözləyirik? Ermənistanla Azərbaycan arasında sərhəd olmadığını demək KTMT-nin məsuliyyət bölgəsinin olmadığını, əgər məsuliyyət bölgəsi yoxdursa, təşkilatın da olmadığını iddia etmək deməkdir”. 

KTMT liderləri Ermənistanı Azərbaycanla diplomatiya aparmağa çağırıblar 

Ermənistanın paytaxtında keçirilən liderlərin sammitində Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sadır Japarov, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Ermənistanın baş naziri Nikol Paşinyan və Tacikistan prezidenti İmoməli Rəhmon iştirak ediblər. 

Liderlər sammitdəki çıxışlarında vurğulayıblar ki, Ermənistan Azərbaycanla problemlərini diplomatiya yolu ilə həll etməlidir. 

Tokayev Ermənistan-Azərbaycan münaqişəsinin siyasi-diplomatik yolla həllinə ümid etdiklərini bildirsə də, Lukaşenko Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində ilk addımı atmalı olduğunu bildirib.


Oxunma sayı: 892

Oxşar yazılar