Meksikada jurnalisti güllələdilər

  • 10:51 - 24 Noyabr

Meksikanın Verakruz ştatında jurnalist öldürülüb, naməlum şəxslər taksidə olan bir nəfəri güllələyiblər. 

Avropa.info xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə Xalapa şəhərində baş verib. Naməlum şəxslər “AX Noticias” qəzetinin əməkdaşı Pedro Pablo Cumulaya hücum ediblər. 

Jurnalist aldığı güllə yarasından dünyasını dəyişib. 

Bundan əlavə, Azucar FM radiosunun əməkdaşı Fransisko Hernandes noyabrın 20-dən itkin düşüb.


Oxunma sayı: 1530

Oxşar yazılar