Naxçıvanda nə baş verir? – Yoxlamalar, yasaq, nəzarət

  • 11:37 - 24 Noyabr

Son günlər Naxçıvan Muxtar Respublikasında ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.

Avropa.info tns.az-a istinadən xəbər verir ki, növbəti belə struktur islahatı muxtar respublikanın Dövlət Gömrük Komitəsində aparılır. İddilara görə, dünən səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar. Gün ərzində Naxçıvan gömrüyündə aparılan islahatlarla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.

Xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif TOnu da yada salaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə ölkə Prezidentinin də iştirak etdiyi tədbirə dəvət olunmayıb.

Vasif Talıbov partiyanın idarə heyətinin üzvüdür. Bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb.alıboun bacısının həyat yoldaşıdır.


Oxunma sayı: 1002

Oxşar yazılar