Müdafiə Nazirliyi: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

  • 10:00 - 24 Noyabr

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Avropa.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - müdafiə qurumu vurğulayıb.


Oxunma sayı: 815

Oxşar yazılar