Qubada məişət zorakılığına dair seminar keçirilib – FOTO

  • 21:35 - 23 Noyabr

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi 22 noyabr 2022-ci il tarixdə Quba şəhərində məişət zorakılığına dair seminar keçirib. 

“Məişət zorakılığı və məişət zorakılığından müdafiə” mövzusunda keçirilən seminar Birliyin Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı  tərəfindən həyata keçrilən “Azərbaycanda həssas qurupların hüquqlarının müdafiəsi” çərçivəsində“Azərbaycanda qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” layihəsi əsasında baş tutub. 

Bu barədə Avropa.info-ya “Qadınlar Arasında Həmrəylik“ İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova məlumat verib.

Seminarda ekspert Mirəli Hüseynov iştirakçılara məişət zorakılığının əsas xüsusiyyətləri və məişət zorakılığı hallardında ilkin müdaxilənin üsulları və formaları haqqında məlumat verib. Seminar daha sonra məişət zorakılığını doğuran səbəblər, məişət zorakılığının mənfi təsirləri və ona qarşı mübarizə üsulları ilə bağlı məsələlər ətrafında müzakirələrlə davam edib. Hədəf qruplar arasında paylanılması üçün iştriakçılara Layihə çərçivəsində hazırlanmış “Məişət zorakılığına son” adlı Bukletlər təqdim edilib. İştirakçılar, həmçinin Layihə çərçivəsində hazırlanmış və məişət zorakılığına dair məlumatlılığın əyləncəli şəkildə artırılmasına xidmət edən onlayn viktorina ilə tanış ediliblər.

Bu cür seminarların Şəki, Mingəçevir, Gəncə, Şəmkir və Zaqatala rayonlarında da keçirilməsi nəzərdə tutulur.  

 

 

 

 

 


Oxunma sayı: 892

Oxşar yazılar