Avropa Parlamentinin internet saytı kiberhücuma məruz qaldı

  • 21:14 - 23 Noyabr

Avropa Parlamentinin (AP) internet saytı çərşənbə günü kiberhücuma məruz qalıb. 

Avropa.info bildirir ki, bu barədə Avropa Parlamentinin mətbuat katibi Jaume Dos "Tvitter" hesabında məlumat verib. 

“Avropa Parlamentinin internet saytı hazırda sıx xarici trafikə görə hücuma məruz qalır”, o yazıb. 

"Bu trafik DDoS hücumu ilə bağlıdır", - sözçü bildirib. 

Onun sözlərinə görə, “Avropa Parlamentinin komandaları bu problemi mümkün qədər tez həll etməyə çalışır”.


Oxunma sayı: 925

Oxşar yazılar