Maya Sandu: Rusiya Moldovanı qaranlığa qərq etdi

  • 21:11 - 23 Noyabr

Kişinyov bəzi insanları öldürən, bəzilərini isə işıqsız və istiliksiz qoyan Rusiya rejiminə etibar edə bilməz. 

Avropa.info xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu Facebook sosial şəbəkəsində yazıb. 

“Rusiya Moldovanı qaranlığa qərq etdi. Rusiyanın Ukraynadakı müharibəsi insanları öldürür, evləri, enerji infrastrukturunu məhv edir... Bizi işıqsız, istiliksiz qoyan, sırf başqa xalqları yoxsulluq və rüsvayçılıq içində saxlamaq üçün insanları qəsdən öldürən bir rejimə etibar edə bilmərik. İndi nə qədər çətin olsa da, bizim yeganə yolumuz, Moldovanın gələcək yolu azad dünya istiqamətində olmalıdır”, - deyə Sandu bildirib. 

Rusiyanın Ukrayna infrastrukturuna növbəti kütləvi raket hücumu nəticəsində noyabrın 23-də Moldovanın bəzi regionlarında elektrik enerjisi kəsilib.


Oxunma sayı: 859

Oxşar yazılar