Türkiyə hərbi sənayesindən daha bir UĞURLU LAYİHƏ: Beşinci nəsil yerli hərbi təyyarə hazırlanır – FOTO

  • 21:03 - 23 Noyabr

Türkiyə beşinci nəsil yerli hərbi təyyarənin yaradılması layihəsinin icrasını davam etdirir. 

Təyyarənin prototipinin yaradılması üzərində iş Türk Havacılık və Uzay Sanayinin (TUSAŞ) mütəxəssisləri tərəfindən Türkiyə Müdafiə Sənayesi Müdirliyi ilə koordinasiya əsasında aparılır. 

Layihənin növbəti mərhələsi çərçivəsində 18 mart 2023-cü il tarixində anqardan çıxarılması planlaşdırılan prototip təyyarənin gövdəsi və qanadlarının quraşdırılmasına başlanılıb. 

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Müdirliyi və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə TUSAŞ müəssisəsindəki istehsal sahəsində təyyarələrin montajına başlama mərasimi keçirilib. 

Yerli hərbi təyyarənin prototipi beynəlxalq standartlara tam uyğun olacaq. Təyyarənin prototipinin yaradılması zamanı 6500-ə yaxın ehtiyat hissəsi və 30 müxtəlif alt sistem cəlb olunacaq. 

Layihənin sonrakı mərhələləri 2029-cu ilə qədər həyata keçiriləcək. 

TUSAŞ-ın baş direktoru Temel Kotil bildirib ki, hərbi təyyarənin yaradılması layihəsinə 13 mindən çox mütəxəssis cəlb olunub. “Prototip anqardan çıxarıldıqdan sonra yerdə sınaqlara başlanacaq. Təyyarə ilk uçuşa hazırlaşacaq. Biz milli əhəmiyyətli bir təşəbbüsə töhfə verməkdən qürur duyuruq”, - Kotil bildirib.

В Турции началась сборка прототипа отечественного военного самолета

 

В Турции началась сборка прототипа отечественного военного самолета

 

В Турции началась сборка прототипа отечественного военного самолета

Oxunma sayı: 914

Oxşar yazılar