İran minlərlə insanın həbs edildiyini təsdiqlədi

  • 22:32 - 23 Noyabr

İran məhkəmə sisteminin sözçüsü Məsud Sitayeşi Məhsa Əmininin öldürülməsindən sonra ölkənin əksər əyalətlərində başlayan etiraz aksiyaları zamanı 2 400 nəfərin həbs edildiyini açıqlayıb.

Avropa.info bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

O bildirib ki, daha 1 118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və məhkəmə işlərinə baxılmasını gözləyir.

Sitayeşinin sözlərinə görə, sentyabrın ortalarından bu günə kimi İranı bürümüş nümayişlərdə iştirak etdikləri üçün ümumilikdə 2 432 etirazçıya məhkəmələr tərəfindən ilkin hökm oxunub.

İnsan haqları təşkilatlarının noyabrın 21-də yaydıqları məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 17 mindən çox vətəndaş həbs edilib.


Oxunma sayı: 958

Oxşar yazılar